Region

Sərhədyanı ərazilər boşaldılır: Nə baş verir?

Sərhədyanı ərazilər boşaldılır: Nə baş verir?

“Ermənistanın Azərbaycanla sərhədyanı ərazilər, demək olar ki, boşaldılır”.

Demokrat.azGlobalinfo.az-a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Taquhi Tovmasyan deyib.

Deputat sərhədyanı kəndlərdə dövlət strukturlarının bir-bir bağlandığını qeyd edib:

“Həmin ərazilərdə yaşayan şəxslər mənə dedilər ki, Vardenis (Basarkeçər – red.) və Çəmbərəkdə pasport xidmətləri dayandırılıb, məntəqələri bağlayıblar. Məlumata görə, bununla bağlı İrəvandan göstəriş verilib. Həmin bölgələrdə islahat, genişlənmə adı ilə dövlət strukturlarının mərkəzləri bir-bir bağlanır, ərazi boşaldılır”.

Tovmasyan məsələ ilə bağlı Ermənistan Daxili İşlər Nazirliyinə müraciət etdiyini bildirib.

Qeyd edək ki, Azərbaycan-Ermənistan sərhədində sabitlik müşahidə olunur, hətta uzun müddətdir atəşkəs rejiminə riayət edilir. Diqqətçəkən məqam budur ki, sərhədyanı ərazilərdə əhali normal həyatına davam edir. Çıxarılan yalnız dövlət qurumlarıdır.

D
demokrat.az