Hadisə Özəl

Bakıdakı güclü partlayış zamanı xəsarət alanın vəziyyəti necədir? — FOTO

Bakıdakı güclü partlayış zamanı xəsarət alanın vəziyyəti necədir? — FOTO

Paytaxtın Yasamal rayonu, “İnşaatçılar” prospekti 81 ünvanında yerləşən yaşayış binalarının qazanxanasında baş vermiş güclü partlayış nəticəsində 1 nəfər xəsarət alıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, partlayış zamanı qazanxanada çalışan 1 nəfər əməkdaşın qolu yanıb. Hadisədən dərhal həmin şəxs yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib, hazırda vəziyyəti normaldır.

Qeyd edək ki, hadisə zamanı ətrafdakı binalara və Milli Məclis Aparatının Mətbəəsinə ciddi ziyan dəyib.

Qazanxananın partlaması nəticəsində yaranmış dalğanın gücündən dağıntılar yaranıb. Dağıntılar altında avtomobillər qalıb, ətrafdakı binaların şüşələri sınıb.

Vaqif Hüseynli Demokrat.az

D
demokrat.az