Abşeron rayonunda yerləşən “Qədim Naxçıvan” restoranında dava-dalaş olub.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Abşeron rayonununda Yeni Bakı Yaşayış Kompleksində yerləşən “Qədim Naxçıvan” restoranında dava-dalaşın olması barədə Abşeron Rayon Polis İdarəsinə məlumat verilib.
Polis əməkdaşlar həmin əraziyə yaxınlaşdıqda 2 nəfər şəxsin ucadan danışaraq, səs-küy saldıqlarını görüblər. Polislər onları nizam-intizama dəvət etsələr də, lakin həmin şəxslər onlara məhəl qoymayıblar, polisin qanuni tələblərinə qəsdən tabe olmadıqları üçün idarəyə gətirilibklər.
Hər iki şəxsin barəsində inzibati qaydada protokol yazılıb.
Məlum olub ki, onların barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) maddəsi ilə inzibati məsuliyyətə cəlb ediliblər.
Onlardan biri – 1991-ci il təvəllüdlü Şəmkir sakini ifadəsində göstərib ki, inzibati xəta ilə bağlı özünü təqsirli bilmir:
“İş yoldaşım Elşənlə birlikdə Yeni Bakı Yaşayış Kompleksində yerləşən “Qədim Naxçıvan” restoranında yemək yeyib, içki qəbul etdik. İş yoldaşım orada olan televizorun üzərindəki etiketə baxan zaman tv-də qaraltı baş verdiklərini gördük. Ofisiant bizə yaxınlaşaraq, televizorun sınmasını bildirdi. Mən xanıma məsələni həll etməyimiz üçün kafenin sahibini çağırmasını dedim. Biz kafenin sahibinə yaranmış problemi sabah aradan qaldıra biləcəyimizi, hazırda üzərimizdə pulun olmamasını dedik. Kafenin sahibi gözləməyimizi, müdriyyət ilə danışacağını və bizə bu barədə məlumat verəcəyini bildirdi. 10 dəqiqə keçdikdən sonra polis əməkdaşları həmin kafeyə gəldi və bizə idarəyə getməli olduğumuzu bildirdilər. Mənim polislərə qarşı nəlayiq ifadələr işlətməmişəm. Polis işçilərinin qanuni tələblərinə qəsdən tabe olmamam kimi hərəkətlərə yol verməmişəm”.
Abşeron Rayon Məhkəməsinin qərarı ilə həmin şəxslərdən biri barəsində inzibati qaydada cəza tətbiq olunub.
O, 150 manat cərimə cəzası alıb və məhkəmə zalından azadlığa buraxılıb.
Fariz Məlikli Demokrat.az


