Keniyanın paytaxtı Nayrobidə qaz partlayışı nəticəsində iki nəfər ölüb, 200-ə yaxın adam yaralanıb.
Demokrat.az xəbər verir ki, bu barədə hökumət sözçüsü İsaak Mvaura açıqlama verib.
Açıqlamada, gecə saatlarında naməlum səbəbdən qaz doldurma mərkəzində partlayış baş verdiyini bildirilib.
Partlayış nəticəsində ilkin məlumata görə 2 nəfərin öldüyü, təxminən 200 nəfərin yaralandığı açıqlanıb.
Partlayış zamanı bölgə sakinlərinin evlərində olduğunu, buna görə də itkinin daha az olduğu, yaralıların ətraf xəstəxanalara aparıldığı vurğulanıb.
Qeyd edək ki, səlahiyyətlilər ölənlərin sayının arta biləcəyini bildirib.
Aysu Demokrat.az


