ABŞ-nin Aydaho ştatında hava limanında tikilməkdə olan anqarın uçması nəticəsində 3 nəfər ölüb.
Demokrat.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Bildirilib ki, hava limanında özəl bir şirkət tərəfindən tikilən və hazırda tikintisi davam edən anqar naməlum səbəbdən çöküb.
Hadisə nəticəsində 3 nəfər ölüb, 9 nəfər isə yaralanıb, yaralananlardan 5-nin vəziyyətinin ağır olduğu qeyd edilib.
Səlahiyyətlilər hadisənin səbəblərini araşdırır.
Aysu Demokrat.az


