Hadisə

Bakıda qanunsuz tikili sökülüb — VİDEO

Bakıda qanunsuz tikili sökülüb — VİDEO

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Fövqəladə Hallar Nazirliyindən Demokrat.az-a verilən xəbərə görə, Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində zəbt edilmiş torpaq sahəsində qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Xəzər Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikililər sökülüb.

D
demokrat.az