Maraqlı Özəl

Heyvanlara musiqi bəstələyən bəstəkar — Milyonçuya çevrilib (VİDEO)

Heyvanlara musiqi bəstələyən bəstəkar — Milyonçuya çevrilib (VİDEO)

Amerikalı gənc heyvanları musiqi ilə sakitləşdirir. Aman Əhməd bu yolla milyonçuya çevrilib. O, pişiklər, itlər, hətta hamsterlərin sakitləşməsi və dincəlməsi üçün yutub platformasına musiqilərdən ibarət videolar yerləşdirib, bununla da məşhurlaşıb.

Demokrat.az “skynews”-a istinadən xəbər verir ki, A.Əhmədin biri təxminən 2 milyon 870 min abunəçisi, digəri isə 1 milyarddan çox baxış sayı olan “RelaxMyDog” və “RelaxMyCat” adlı iki yutub kanalı var. Britaniyanın “Daily Mail” qəzetinə müsahibə verən Əhməd ev heyvanları üçün musiqi bəstələmək ideyasının heyvan sahiblərinin fikirlərini dinlədikdən sonra yarandığını deyib. O, bu işə pandemiyadan sonra başlayıb: “Koronavirus zamanı insanlar distant işləməyə başladılar və bu, heyvanları ilə daha çox vaxt keçirmələrinə səbəb oldu. Karantin bitdikdən sonra isə ofisə qayıdan işçilərə və onların ev heyvalarına ayrılıq pis təsir etdi. Əvvəlcə insanlarda yuxusuzluğu müalicə etmək üçün musiqilər bəstələməyə başladım. Dostum zarafatla dedi ki, onun iti üçün də musiqi bəstələyim”.

Amman Əhməd indi ev heyvanları üçün musiqilər bəstələyir, bu onun yaradıcılığının əsas hissəsinə çevrilib: "Biz heyvanlara nəyin xoş gəldiyini öyrənmək üçün müxtəlif tezliklər və musiqi janrları üzərində işləməyə başladıq. Ən əsası da it sahiblərindən heyvanların xarakteri barədə çoxlu məlumat aldıq və zamanla lazım olanları öyrəndik".

A.Əhməd beş ildən çoxdur ki, İngiltərədə “Music For Pets” adlı şirkət qurub. Sevimli dostlarını sakitləşdirmək üçün onun musiqilərinə müraciət edənlərin sayı hər gün artır.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova