İqtisadi

Azərbaycan banklarına ipoteka kreditləşməsi üçün yeni limitlər ayrılıb

Azərbaycan banklarına ipoteka kreditləşməsi üçün yeni limitlər ayrılıb

Azərbaycan İpoteka və Kredit Zəmanət Fondu (İKZF) müvəkkil banklara ipoteka kreditlərinin, o cümlədən güzəştli ipoteka kreditlərinin verilməsi üçün limitlər ayırıb.

Bu barədəİKZF-dən bildirilib

"Adiipoteka kreditləri üzrə müraciətlərin qəbulu fevralın2-də saat 11:00-danbaşlayacaq. Güzəştliipoteka kreditləri üzrə müraciətlərin qəbulu ilə bağlı əlavə məlumat veriləcəkdir", - məlumatda deyilir.

Ipoteka kreditinin alınması üçün müraciətlərin qəbulu Elektron Hökumət Portalında(www.e-gov.az)mövcud olan “Elektron ipoteka və kredit zəmanət” sistemi vasitəsi ilə real vaxt rejimində həyata keçirilir.

İpoteka kreditlərinin şərtlərinə dair məlumatları Fondun rəsmi internet səhifəsindən (www.mcgf.gov.az/menu/46) əldə etmək mümkündür.

Qeyd edək ki, bu ilin dövlət büdcəsində ipotekanı maliyyələşdirilməsi üçün 87,7 milyon manat nəzərdə tutulub.

Ötən il İKZF-in müvəkkil bankları tərəfindən461,4 milyonmanat məbləğində ipoteka krediti verilib ki, bu da 2022-ci ilin göstəricisindən9,2% çoxdur. 2023-cü ildə Fond ipotekanın təkrar maliyyələşdirilməsinə492 milyonmanat məbləğində kredit (artım20,9%) ayırıb.

2023-cü ildə verilmiş ipoteka kreditinin orta həcmi59,872 minmanat təşkil edib. Kreditlər282ay müddətinə və illik6,34% dərəcəsi ilə verilib.

NE
Nihadə Eyyubova