Qəzza zolağına təşkil edilən hücumlarda həlak olan fələstinlilərin sayı 26 min 751-ə çatıb.
Demokrat.az xəbər verir ki, bu barədə bölgənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, İsrail qüvvələrinin Qəzza zolağına etdiyi hücumlar nəticəsində son 24 saatda daha 114 fələstinli öldürülüb. 249 fələstinli isə yaralanıb.
Bununla da, 7 oktyabrdan bu yana Qəzzada öldürülən fələstinlilərin sayı 26 min 751, yaralıların sayı isə 65 min 636-ya yüksəlib.
Aysu Demokrat.az


