Hadisə Özəl

Balıqçı gəmisi batdı: Ölən və yaralananlar var

Balıqçı gəmisi batdı: Ölən və yaralananlar var

Türkiyənin İzmir vilayətində balıqçı gəmisi batıb.

Demokrat.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, İzmirin Dikili sahillərində üzən balıqçı gəmisi naməlum səbəbdən batıb.

Gəmidə 10 nəfərdən 3-ü həyatını itirib, 5-i isə yaralı olaraq sağ qalıb.

İtkin düşən 2 nəfərin axtarışları davam edir.

Aysu Demokrat.az

D
demokrat.az