Rusiya prezidenti Vladimir Putinin müstəqil namizədliyi Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiqlənib.
Demokrat.az xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Bildirilib ki, mart ayında keçiriləcək prezident seçkilərində Putinin namizədliyi təsdiqlənib və 198 səlahiyyətli nümayəndə qeydə alınıb.
Beləliklə, ölkənin aparıcı sənət adamları da daxil olmaqla, Putinin seçkidə səlahiyyətli nümayəndələrinin sayı 544-ə çatıb.
Bildirilib ki, Putinin namizədliyi üçün mərkəzə təqdim edilən 315 minə yaxın imzadan 60 mini yoxlanılıb və onlardan 91-i etibarsız hesab edilib.
Aysu Demokrat.az


