Hadisə

Gəncədə maşın ağaca çırpıldı, iki nəfər öldü

Gəncədə maşın ağaca çırpıldı, iki nəfər öldü

Gəncədə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin “Yeni Gəncə” yaşayış massivində qeydə alınıb.

Belə ki, hərəkətdə olan minik maşını ağaca çırpılıb. Nəticədə 2 nəfər ölüb.

Hadisə nəticəsində, 2001-ci il təvəllüdlü Rəşad Bayramov və İmamverdi dünyasını dəyişib.

2003-cü il təvəllüdlü Məmmədov Kənan yaralanıb.

NE
Nihadə Eyyubova