Türkiyədə minik avtomobilinin aşması nəticəsində baş verən qəzada 1 nəfər ölüb, 2-si isə yaralanıb.
Demokrat.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Bildirilib ki, hadisə ölkənin Şanlıurfa vilayətində baş verib.
Əraziyə təcili tibbi yardım və polis qrupları cəlb olunub.
Yaralılar xəstəxanaya yerləşdirilib, araşdırmalar davam etdirilir.
Aysu Demokrat.az


