Dünya

Türkiyədə avtobus aşdı: 4 nəfər öldü

Türkiyədə avtobus aşdı: 4 nəfər öldü

Türkiyənin Kastamonu şəhərində ağır yol qəzası olub.

Demokrat.az“TRT Haber”ə istinadən xəbər verir ki, şəhərin Taşköprü rayonunda avtobusun tarlaya aşması nəticəsində 4 nəfər ölüb, çoxlu sayda yaralı var.

Hadisəyə səbəb kimi sürücünün idarəetməni itirməsi göstərilir.

Əraziyə xilasedicilər və təcili tibbi yardım əməkdaşları cəlb olunub.

D
demokrat.az