Dünya Özəl

İsveç Orbanın görüş təklifini qəbul etdi

İsveç Orbanın görüş təklifini qəbul etdi

İsveçin Baş naziri Ulf Kristersson, ölkəsinin NATO-ya üzvlüyü ilə bağlı macar həmkarı Viktor Orban ilə görüşəcək.

Demokrat.az xəbər verir ki, bu barədə məlumatı xarici media orqanları yayıb.

Bildirilib ki, Kristersson İsveçin NATO-ya üzvlük məsələsininin müzakirəsi üçün onu Budapeştə dəvət edən Orbana təşəkkür edib.

Dəvəti qəbul etdiyini bildirən Kristersson həmçinin bunları söyləyib:

“Viktor Orban ilə uyğun vaxtda Macarıstanın paytaxtı Budapeştdə görüşməyi səbirsizliklə gözləyirəm. Fevralın 1-də Brüsseldə keçiriləcək Avropa İttifaqı (Aİ) liderlərinin sammitində də görüşmək imkanımız olacaq.

Qeyd edək ki, İsveçin Macarıstan Parlamentində NATO-ya üzv olması ikitərəfli münasibətlərimizin inkişafına töhfə verəcək”.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova