1969-cu ildə keçirilən əfsanəvi “Woodstock” festivalının ulduzlarından olan məşhur müğənni Melani vəfat edib.
Demokrat.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bildirilib ki, tam adı Melani Safka olan müğənninin ölüm xəbərini övladları sosial şəbəkədə açıqlayıb.
Açıqlamada, "Demək istədiyimiz o qədər çox şey var ki, amma bunu deməyin asan yolu yoxdur. Anamız bu dünyadan köçüb" deyə bildirilib.
Qeyd edək ki, ölümün səbəbi açıqlanmayıb.
Aysu Demokrat.az


