Sosial

Bakının 3 rayonunda sosial xidmət mərkəzləri açılacaq

Bakının 3 rayonunda sosial xidmət mərkəzləri açılacaq

Sabunçu, Suraxanı və Qaradağda yeni sosial xidmət mərkəzləri açılacaq.

Demokrat.az xəbər verir ki, bu barədə Sosial Xidmətlər Agentliyinin (SXA) İdarə Heyətinin sədri Vüqar Behbudov 2023-cü ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Ağdam, Hacıqabul və Göyçayda isə 18 yaşa qədər əlilliyi olan şəxslər üçün yeni mərkəzlər yaradılacaq.

D
demokrat.az