Hadisə Özəl

Dəhşətli qəza: Ailənin 3 üzvü həyatını itirdi

Dəhşətli qəza: Ailənin 3 üzvü həyatını itirdi

Türkiyədə yolu keçmək istəyən ailənin 4 üzvünü avtomobil vurub.

Demokrat.az xəbər verir ki, bu barədə “İHA” məlumat yayıb.

Bildirilib ki, hadisə ölkənin paytaxtı Ankarada baş verib.

Qəzada bir ailənin 3 üzvü ölüb, 1 uşaq isə yüngül xəsarət alıb.

Polisdən verilən açıqlamada, qəzada ölənlərin ana, nənə və azyaşlı qız uşağı olduğu, 10 yaşlı oğlanın isə xəstəxanaya yerləşdirildiyi bildirilib.

Həmçinin, minik avtomobilinin sürücüsü də polis tərəfindən saxlanılıb.

Araşdırmalar davam etdirilir.

Aysu Demokrat.az

D
demokrat.az