SOCAR şirkəti 2024-cü ilin birinci rübündə Heydər Əliyev adına Neft Emalı Zavodunda (BNEZ)“Avro-5” ekoloji standartlarına uyğun avtomobil benzininin istehsalına başlamağı planlaşdırır. Yanacaq növləri “Avro-5” standartlarına uyğunlaşdırılarsa, qiymətlərdə artım ola bilərmi?
İqtisadçı ekspert Xalid Kərimli Demokrat.az-a açıqlamasında deyib ki, “Avro-5” standartlarına uyğun benzin istehsalından sonra ucuzlaşma baş verə bilər:
“Aİ-92 markalı benzinin qiyməti kifayət qədər aşağıdır. Bahalaşma zərurəti yarananda da bahalaşmır. Bu baxımdan düşünmürəm ki, dövlətin özünün yeni standartlara uyğun benzin istehsal etməsi bahalaşmaya səbəb olsun. SOCAR “Avro-5” standartlarına uyğun benzini Ruminiyadan normal qiyməyə alırdı, yəni qiymətlərə adaptasiya olmuşuq. Bahalaşmanın olacağını düşünmürəm”.
Qeyd edək ki, SOCAR ötən il Heydər Əliyev adına Neft Emalı Zavodunda )“Avro-5” ekoloji standartlarına uyğun avtomobil benzininin istehsalına başlamağı planlaşdırırdı. Heydər Əliyev adına Neft Emalı Zavodunda həyata keçirilən yenidənqurma və modernləşdirmə layihəsinin məqsədi yüksək keyfiyyətli məhsul istehsalı ilə bərabər ətraf mühitə mənfi təsirlərin minimuma endirilməsidir.
Törə Zeynallı Demokrat.az


