Daxili siyasət

AHİK-a katib təyin edildi

AHİK-a katib təyin edildi

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına (AHİK) katib təyin edilib.

Demokrat.azxəbər verir ki, bu vəzifəyə qurumun Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Rəşad Nəsirov gətirilib.

O, AHİK-də hər iki vəzifəni də icra edəcək.

Qeyd edək ki, Rəşad Nəsirov keçmiş ANS, "Lider" telekanallarında və İctimai Televiziyada fəaliyyət göstərib.

Jurnalist 2010-cu ildən "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-də baş redaktor və "Xəbərlər" informasiya proqramları studiyasının direktoru vəzifələrində çalışıb. 2015-ci ildə isə Azərbaycan Prezidentinin sərəncamı ilə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədr müavini təyin olunan Rəşad Nəsirov 2020-ci ildə həmin vəzifədən azad olunub.

D
demokrat.az