Kriminal

XI sinif şagirdi məktəbin həyətində qətlə yetirildi

XI sinif şagirdi məktəbin həyətində qətlə yetirildi

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin məlumatına əsasən, yanvarın 23-də səhər saatlarında Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin XI sinif şagirdi Raul Rəhimov məktəbin önündə kənar şəxs tərəfindən bıçaqlanıb.

Demokrat.azxəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi açıqlama yayıb.

Qeyd edilib ki, şagird dərhal xəstəxanaya çatdırılsa da, ölüb.

"Hazırda hadisə ilə bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır", - məlumatda deyilir.

D
demokrat.az