Hadisə

Xocavənddə silah-sursat aşkarlandı

Xocavənddə silah-sursat aşkarlandı

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdiyi tədbirlər zamanı silah-sursat aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Demokrat.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən 1 ədəd qumbaraatan, 24 ədəd əl qumbarası, müxtəlif çaplı mərmi və patronlar, eləcə də digər sursatlar aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

D
demokrat.az