Dünya şöhrətli müğənni Madonna konsertinin gec başlamasına görə Nyu Yorkdakı pərəstişkarları tərəfindən məhkəməyə verilib.
Demokrat.az xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.
Bildirilib ki, iki Madonna fanatı amerikalı müğənnini Nyu-Yorkda konsertinə iki saatdan çox gecikdiyinə görə məhkəməyə verib.
Pərəstişkarları konsertin başlamalı olduğu vaxtdan üç saat yarım gec başladığını bildirib.
Qeyd edək ki, Madonna hələki mövzu ilə bağlı heç bir açıqlama verməyib.
Aysu Demokrat.az


