Sosial

Taksidən istifadə edənlərin sayı açıqlandı

Taksidən istifadə edənlərin sayı açıqlandı

Ötən il Azərbaycanda avtomobil nəqliyyatı ilə 1 milyard 694,1 milyon sərnişin daşınıb.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, sərnişinlərin 94,4%-i və ya 1 milyard 560 mini avtobuslardan, 5,6%-i və ya 95 mini isə minik taksilərinin xidmətlərindən istifadə edib.

Müqayisə üçün qeyd edək ki, əvvəlki ilə nisbətdə həm avtobus, həm də taksidən istifadə edənlərin sayı artıb. Belə ki, 2022-ci ildə 1 milyard 405 milyon sərnişin daşınıb və bunun 94%-i (1 321 milyon) avtobus, 6%-i (84 min) isə minik taksilərinin xidmətlərindən istifadə edib.

D
demokrat.az