Türkiyənin Ədirnə vilayətində Yunanıstana qaçmağa çalışan 4 terror təşkilatı üzvü saxlanılıb.
Demokrat.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Bildirilib ki, bölgə Jandarma Komandanlığı qruplarının əməliyyatları çərçivəsində PKK və FETÖ terror təşkilatına üzv olan 4 şübhəli saxlanılıb.
Saxlanılan təşkilat üzvləri ilə bağlı araşdırma əməliyyatları davam edir.
Aysu Demokrat.az


