Hadisə Özəl

Qırğızıstanda hərbi helikopter qəzaya uğradı

Qırğızıstanda hərbi helikopter qəzaya uğradı

Qırğızıstanın paytaxtı Bişkekdə təlim uçuşu zamanı “Mi-8” hərbi helikopteri qəzaya uğrayıb.

Demokrat.az xəbər verir ki, bu barədə ölkənin rəsmi xəbər agentliyi “Kabar” məlumat yayıb.

Məlumata görə, Qırğızıstan Müdafiə Nazirliyinə aid poliqonda təlim uçuşu həyata keçirən “Mi-8” tipli hərbi helikopter eniş zamanı qəzaya uğrayıb.

Xəbərdə qəzada yaralananların olduğu və hadisə ilə bağlı araşdırmalara başlanıldığı bildirilib.

Qırğızıstan Müdafiə Nazirliyi hələlik qəza ilə bağlı açıqlama verməyib.

Aysu Demokrat.az

D
demokrat.az