Somalinin paytaxtı Moqadişoda bombalı hücum nəticəsində ən azı 3 nəfər həyatını itirib.
Demokrat.az xəbər verir ki, bu barədə Somali Milli Televiziyası (SNTV) məlumat yayıb.
Məlumata görə, paytaxtın Hamarveyn rayonundakı kafedə kamikadze geyinmiş şəxs bomba partladıb.
Partlayış nəticəsində ən azı 3 nəfər hadisə yerində ölüb.
Təhlükəsizlik qüvvələri ərazini mühasirəyə alıb.
Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.
Aysu Demokrat.az


