Keçiddə yolu qaçaraq keçənpiyadanı avtomobil vurub.
Avtosfer.az xəbər verir ki, bu barədə görüntülər Baş Dövlət Yol Polisi İdarəsinin rəsmi səhifəsində paylaşılıb.
Hadisə paytaxtın Yasamal rayonu, Mətbuat prospektində baş verib. Belə ki, piyada keçidində qaçan piyadanı avtomobil vurub.
Məlumat üçün bildirək ki, hər iki tərəfdə də günah var. Çünki sürücü hər zaman diqqətli olmalıdır, piyada isə maşın gəldiyini görüb “sarı xətti” keçməməlidir. Piyada keçidi var deyə necə gəldi keçməməlidir. O, gələn maşın xəstə aparan təcili yardım və yaxud hər hansısa bir təcili xidmət maşını ola bilər.
Ümid edirik ki, bu görüntülər vasitəsilə həm sürücülər, həm də piyadalar yollarda daha diqqətli olar.


