Hadisə

Qəbələdə 22 yaşlı oğlan itkin düşdü

Qəbələdə 22 yaşlı oğlan itkin düşdü

Qəbələ rayon Mamaylı kənd sakini, 22 yaşlı Fərid Habil oğlu Mirzəliyev yanvarın 15-i səhər saatlarında işə getmək adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki Regional Qrupundan Demokrat.az-a bildirib ki, F.Mirzəliyevin tapılması istiqamətində axtarış tədbirləri keçirilir.

Məlumat üçün bilirək ki, F.Mirzəliyev evdən çıxarkən əynində qara rəngli idman dəsti olub.

D
demokrat.az