Region Özəl

Türkiyədə daha 25 miqrant xilas edildi

Türkiyədə daha 25 miqrant xilas edildi

Türkiyədə Ayvalık mahalı sahillərində 25 qeyri-qanuni miqrant xilas edilib.

Demokrat.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, Sahil Təhlükəsizlik Komandanlığı qruplarına, Ayvalık sahillərində immiqrantların olduğu rezin qayıqla bağlı məlumat daxil olub.

Qruplar hərəkətə keçərək Sahil Mühafizəsi "KB-4510" gəmisi ilə bölgəyə çatıb və 25 miqrantı xilas edib.

Sahil Mühafizəsi Qrup Komandanlığına gətirilən miqrantların əməliyyatlardan sonra Miqrasiya İdarəsinə təhvil veriləcəyi qeyd edilib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova