İndoneziyanın Şərqi Nusa Tengqara əyalətində Levotobi Laki-Laki vulkanının püskürməsi səbəbindən təxminən 6500 insan təxliyə edilib.
Demokrat.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Məlumatda, bir müddətdir aktiv olan Levotobi Laki-Laki vulkanının dünəndən bəri 40 dəfə püskürdüyü bildirilib.
Flores adasında 6500 insanın təxliyə edildiyini qeyd edən səlahiyyətlilər, insanları vulkanın ətrafındakı 4 kilometrlik ərazidən uzaq durmağa çağırıb.
Rəsmilər can itkisi və dağıntının olmadığını bildiriblər.
Aysu Demokrat.az


