Hadisə Özəl

Boya fabrikində güclü yanğın baş verdi

Boya fabrikində güclü yanğın baş verdi

Türkiyədə boya fabrikində yanğın baş verib.

Demokrat.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, hadisə ölkənin paytaxtı Ankarada baş verib.

Naməlum səbəbdən baş verən yanğın qısa müddət ərzində geniş əraziyə yayılıb.

Bölgəyə çoxlu sayda yanğınsöndürmə və xilasetmə qrupları göndərilib.

Qrupların müdaxiləsi nəticəsində yanğın söndürülüb. Yanğın nəticəsində fabrikə ciddi ziyan dəydiyi bildirilib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova