Bu gecədən başlayaraq Türkiyənin xüsusilə Qara dəniz bölgəsində fırtına olacağı gözlənilir.
Demokrat.az xəbər verir ki, bu barədə ölkənin Meteorologiya Müdirliyi məlumat yayıb.
Məlumata görə, bu gecədən başlayaraq başda Trabzon, Rize, Giresun, Ordu və Samsun olmaqla Sinop, Çorum, Amasya, Tokat, Kastamonu, Karabük, istiqamətlərində güclü külək və tufan müşahidə olunacaq.
Qeyd edək ki, bölgə əhalisinə nəqliyyatın dayanması, damın uçması, soba və təbii qazdan zəhərlənmə kimi neqativ hallara qarşı diqqətli və tədbirli olmaq barədə xəbərdarlıq edilib.
Aysu Demokrat.az


