“Saat 11:54-də FHN-in “qaynar xətt”inə Binəqədi rayonunda mebel sexində yanğın baş verməsi barədə məlumat daxil olub. 6 dəqiqə sonra yanğınsöndürənlər hadisə yerinə çatıblar”.
Demokrat.azQafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini polkovnik Rza Xudiyev deyib.
Qurum rəsmisi bildirib ki, 13 min kvadrat metr ərazinin 2750 kv hissəsində yanğın olub: “Yanğın qısa müddətdə tam söndürülüb”.


