Xəzər rayonunun Şüvəlan qəsəbəsinin “Dress” adlanan ərazisində elektrik verilişi dayandırılıb.
Demokrat.az xəbər verir ki, buna səbəb ərazidən keçən elektrik xəttlərinin qırılmasıdır.
Axşamdan əsən güclü külək ərazidəki elektrik naqillərinin qırılmasına səbəb olub.
“Azərişıq” ASC-dən Demokrat.az bildirilib ki, problem 1 saata qədər həll olunacaq:
“Hazırda əməkdaşlarımız ərazidə iş aparır, problem yaxın dəqiqələrdə həllini tapacaq”.
Aygün Əlizadə Demokrat.az


