Gündəm Özəl

"Media nümayəndələri seçki günü təşviqat apara bilməzlər" — Şahin Əsədli

Media nümayəndələri seçki günü təşviqat apara bilməzlər — Şahin Əsədli

"Media nümayəndələrinin fəaliyyəti seçkilər elan olunduğu gündən başlayır və proses bitib nəticələr təsdiq olunan anadək davam edir".

Demokrat.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının Media və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Şahin Əsədli media nümayəndələri üçün təşkil edilmiş təlimdə deyib. O bildirib ki, seçki prosesini işıqlandıran jurnalistlərin birmənalı əməl etməli olduğu qaydalar var:

"Vətəndaşların seçki hüququna müdaxilə etmək, seçki günü və ondan 24 saat əvvəl təşviqat aparmaq qadağandır. Bu, qanunla müəyyən edilmiş inzibati məsuliyyətə səbəb olur. Media nümayəndələri seçki komissiyasının işinə hörmət etməli, prosesi işıqlandırarkən obyektiv və dürüst olmalıdırlar".

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova