Dünya Özəl

Papua-Yeni Qvineyada münaqişələr nəticəsində 16 nəfər ölüb

Papua-Yeni Qvineyada münaqişələr nəticəsində 16 nəfər ölüb

Papua Yeni Qvineyada polis və təhlükəsizlik qüvvələrinin maaş mübahisəsinə görə aksiyaya başlaması nəticəsində 16 nəfər ölüb.

Demokrat.az xəbər verir ki, bu barədə “ABC News” məlumat yayıb.

Məlumata görə, təhlükəsizlik qüvvələrinin olmamasından istifadə edən qruplar ölkənin ən sıx məskunlaşdığı iki şəhərində iş yerlərini və mağazaları qarət etməyə və yandırmağa başlayıb.

Hökumətin ordudan hərbi dəstək tələb etdiyi münaqişələrfə paytaxt Port Moresbidə 9, ölkənin ikinci böyük şəhəri Laedə isə 7 nəfər ölüb.

Papua Yeni Qvineyanın baş naziri Ceyms Marape açıqlamasında vətəndaşları “sülhə və normal vəziyyətə qayıtmağa” çağırıb.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova