Cop29

"Vətəndaş cəmiyyəti COP29 və Prezident seçkilərinə öz töhfəsini verəcək" — Rauf Zeyni

Vətəndaş cəmiyyəti COP29 və Prezident seçkilərinə öz töhfəsini verəcək — Rauf Zeyni

"Vətəndaş cəmiyyəti BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına-COP29 və növbədənkənar Prezident seçkilərinə öz töhfəsini verəcək".

Demokrat.azxəbər verir ki, bunu Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni qurumun ümumrespublika forumunda jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, indiyə kimi müxtəlif regional forumlar keçirilib: "Həmin forumlarda 250-dən artıq QHT təmsil olunub. Bu gün isə 300-dən çox QHT rəhbərinin iştirakı ilə ümumrespublika forumu keçirilir. Burada müxtəlif mövzulara toxunulacaq, o cümlədən vətəndaş cəmiyyətinin baş verən proseslərdəki rolu barədə danışılacaq. Forumun sonunda bəyanat qəbul olunacaq".

R.Zeyni vətəndaşları qarşıdan gələn Prezident seçkilərində fəal iştirak etməyə çağırıb. (Report)

D
demokrat.az