Türkiyədə avtomobilin idarəetmədən çıxaraq baryerlərə çırpılması ölümlə nəticələnib.
Demokrat.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Bildirilib ki, hadisə ölkənin Trabzon vilayətində baş verib.
Qəza nəticəsində 2 nəfər ölüb, 2 nəfər isə ağır yaralanıb.
Hadisə yerinə təcili tibbi yardım və polis qrupları cəlb olunub. Yaralılar xəstəxanaya yerləşdirilib.
Hadisənin təfərrüatları araşdırılır.
Aysu Demokrat.az


