Xarici siyasət Özəl

“Avropa İttifaqı müstəqil xarici siyasət yeritmək istəyirsə...” — Qərb öz ordusunu yaradır?

“Avropa İttifaqı müstəqil xarici siyasət yeritmək istəyirsə...” — Qərb öz ordusunu yaradır?

İtaliyanın xarici işlər naziri Antonio Tayani Avropa İttifaqını öz ordusunu yaratmağa çağırıb. O vurğulayıb ki, Avropa İttifaqı sülhün qorunması və münaqişənin qarşısının alınması üçün öz vahid ordusunu yaratmalıdır, bu, effektiv Avropa xarici siyasətinə malik olmaq üçün əsas şərtdir.

İtaliyalı nazirin fikirlərinə münasibət bildirən politoloq Turab Rzayev Demokrat.az-a açıqlamasında deyib ki, bu, Qərbdə vahid Avropa ordusu ideyasının gücləndiyini göstərir:

“Əvvəllər də dəfələrlə Fransa və Almaniya rəsmiləri bu fikirləri səsləndiriblər. Xüsusən Makron bu ideyanın əsas müdafiəçilərindən biridir. Hətta Aralıq dənizində Avropa Ümumi Səyahət Mühafizə Xidmətinin yaradılmasının vacibliyini və bunun bütün Avropa ölkələrinin maraqlarını qoruya biləcəyini qeyd edirdi. Eyni zamanda düşünürəm ki, bu ideya ABŞ tərəfindən elə də dəstəklənmir. Çünki ABŞ ilə Avropanın ortaq müdafiə alyansı olan NATO var, yeni yaradılacaq Avropa ordusu NATO-ya alternativdir. Düşünürəm ki, Rusiya-Ukrayna müharibəsinin ABŞ üçün müsbət tərəfi Qərbi bir bayraq altında yığması oldu və Avropa İttifaqı ordusu qurmaq fikri də ikinci plana düşdü. Amma görünür ki, bu ideya hələ də gündəmdədir, Aİ ölkələri istənilən halda bunun üzərində çalışacaq.

Hesab edirəm ki, iqtisadi birlikdən sonra hərbi sahədə də Avropa ölkələrinin bir araya gəlməsi Rusiyanın da maraqlarına xidmət edir. Çünki Rusiya ən azından hansısa şəkildə müdafiə olunacaq və özünü ABŞ qarşısında təklənmiş hiss etməyəcək. Çalışacaq ki, Aİ güclənsin və ABŞ-yə qarşı balans yaransın.

İtaliyadakı sağçı partiyaların məqsədi İtaliyaya Aİ-nin təsirinin azalmasına nail olmaq və Fransaya qarşı çıxış etməkdir. İtaliyadakı bəzi qüvvələrin Rusiya ilə əlaqəsinin olduğu da iddia edilir. Fikrimcə, Aİ nə vaxtsa müstəqil xarici siyasət yeritmək istəyirsə, onun öz ordusu, hərbi gücü olmalıdır”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova