Hadisə

“Bakı Metropoliteni” eyni tədarükçüdən indi də 251 minlik reklam malları alıb

“Bakı Metropoliteni” eyni tədarükçüdən indi də 251 minlik reklam malları alıb

“Bakı Metropoliteni” QSC reklam mallarının satın alınmasına dair fiziki şəxs Nərgiz Əhmədova ilə müqavilə imzalayıb.

Demokrat.az dövlət satınalmaları reyestrinin məlumatlarına istinadən xəbər verir ki, bu satınalma müqabilində xanım Əhmədovaya 251 154 manat ödəniləcək.

Qeyd edək ki, bu şəxs birinci dəfə deyil ki, reklam hazırlanması üzrə tədarükçü seçilir. Belə ki, onunla “Bakı Metropoliteni” arasında 2018-ci ildə 250 min manat, 2017-ci ildə isə 263 min manat dəyərində müqavilələr imzalanıb.(finans.az)

D
demokrat.az