Dünya Özəl

Braziliyada 3 günlük matəm elan edildi

Braziliyada 3 günlük matəm elan edildi

Braziliya milli komandasının futbolçusu, məşqçisi və koordinatoru Mario Zaqallonun vəfatından sonra ölkədə 3 günlük milli matəm elan edilib.

Demokrat.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Bildirilib ki, Braziliya prezidenti Luiz İnasio Lula da Silva Zaqallonun yanvarın 6-da vəfat etməsindən sonra açıqlama verib.

Açıqlamada, Mario Zaqallonun xatirəsinə ölkədə 3 günlük rəsmi matəm elan olunduğu bildirilib.

Qeyd edək ki, Zaqallo həm oyunçu, həm də məşqçi kimi Dünya Kubokunu qazanan ilk şəxs olub.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova