Gündəm Özəl

Mütəxəssislərdən mühüm açıqlama: Qışda infarkt riski artır

Mütəxəssislərdən mühüm açıqlama: Qışda infarkt riski artır

Soyuq havalarla əlaqədar qışda infarkt riskinin artması gündəm mövzusuna çevrilib.

Demokrat.az “HaberGlobal”a istinadən xəbər verir ki, bu barədə Kardiologiya Mütəxəssisi Prof. Dr. Fatih Çam ətraflı məlumat verib.

O bildirib ki, soyuq havanın ürək sağlamlığına təsirləri çoxdur:

“İnsanlar istiqanlı varlıqlardır, ona görə də havalar soyuyanda belə bədən istiliyini saxlamalıdırlar. Buna görə də soyuq havada istilik itkisinin qarşısını almaq üçün orqanizm qan damarlarını sıxaraq istilik itkisini azaltmağa çalışır. Soyuq havalarda ürəyin iş yükü əhəmiyyətli dərəcədə artır və damarlar da daralır.

Bu səbəbdən insanlar soyuq havalarda daha tez yorulur və nəfəs daha tez kəsilir. Yenə eyni səbəbdən axan qanın miqdarı azalır və o azalan qanda oksigen də az olur. Əllər, ayaqlar, burun ucu və dodaqlar kimi ətraflar göyərir. Bu səbəbdən də ürək çatışmazlığı, ürək ritminin pozulması, koronar arteriyalarda stenoz olanlarda sinə ağrısı və hətta infarkt baş verə bilər.

Buna görə də, ürək xəstələri hər il qripə qarşı, beş ildən bir isə pnevmoniyaya qarşı peyvənd edilməlidirlər. Sağlam insanlarda yüngül xəstəliyə səbəb olan qrip və buna bənzər soyuqdəymələr ürək xəstələrinin ən əhəmiyyətli ölüm səbəblərindəndir. Ona görə də peyvəndlərə laqeyd yanaşmaq olmaz”.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova