Nigeriyanın Kaduna əyalətində baş verən silahlı hücumda 17 nəfər həyatını itirib.
Demokrat.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bildirilib ki, Kaduna əyalətinin Kauru bölgəsində 3 kəndə hücum edilib.
Hücumlarda 17 nəfər həyatını itirib, 58 nəfər qaçırılıb.
Qeyd edək ki, Nigeriya əhalisi son zamanlar ölkənin müxtəlif bölgələrində silahlı dəstələrin hücumuna məruz qalır.
Aysu Demokrat.az


