Hadisə

İsmayıllıda meşələr YANIR — FHN söndürü bilmir!

İsmayıllıda meşələr YANIR — FHN söndürü bilmir!

İsmayıllı meşələrində yanğın başlayıb.

Demokrat.az xəbər verir ki, bu barədə Trend-ə İsmayıllı rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Rövşən Ağayev məlumat verib.

R.Ağayevin sözlərinə görə, yanğın rayonun Şəbiyan, Keyvəndi və Pirəbilqasım kəndləri ərazisində yerləşən kolluq-meşə sahəsində qeydə alınıb.

Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin texnikası və 150-yə yaxın canlı qüvvəsi cəlb edilib.

Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Demokrat.az

D
demokrat.az