Dünya Özəl

Çinin yerli elektrik təyyarəsi ilk uçuşunu həyata keçirdi

Çinin yerli elektrik təyyarəsi ilk uçuşunu həyata keçirdi

Çinin yerli istehsal etdiyi elektrik təyyarəsi ölkənin şərqindəki Zhejiang əyalətinin hava limanında ilk uçuşunu həyata keçirib.

Demokrat.az xəbər verir ki, bu barədə məlumatı xarici media orqanları yayıb.

Bildirilib ki, yerli istehsal olan elektrik təyyarəsi planlaşdırıldığı kimi ilk uçuşunu uğurla başa vurub.

“China Aviation Industry General Air Vehicles” şirkəti tərəfindən dizayn edilən “AG60E” tipli təyyarə iki oturacaqlı, tək mühərrikli idman təyyarəsi olan AG60-ın elektriklə dəyişdirilmiş versiyasıdır.

Yerli istehsal olan “AG60E”nin ümumi uzunluğu 6,9 metr, qanadlarının açıqlığı 8,6 metr və maksimum kruiz sürəti saatda 185 kilometr olacaq.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova