Sosial

Naxçıvanda ailə üzvləri salatdan zəhərləniblər

Naxçıvanda ailə üzvləri salatdan zəhərləniblər

Naxçıvan Muxtar Respublikasında bayram günlərində zəhərlənmə halları qeydə alınıb.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyindən Demokrat.az-a verilən məlumata görə, bayram günlərində muxtar respublikada 8 zəhərlənmə halı qeydə alınıb. Onlardan 4-ü bir ailənin üzvləridir və salatdan zəhərləniblər.

Digər zəhərlənmələr xiyar turşusu, qarışıq qida, istidə qalmış ət yeməyindən olub. Xəstələrdən 2-nə stasionar, 6-na isə ilkin yardım edildikdən sonra ambulator müalicə təyin edilib.

Hazırdavəziyyətləri normaldır.

NE
Nihadə Eyyubova