Hadisə

Cəlilabadda ağır QƏZA: Xəsarət alanlar var

Cəlilabadda ağır QƏZA: Xəsarət alanlar var

Cəlilabad rayonunda ağır yol qəzasında xəsarət alanların kimliyi məlum olub.

Demokrat.azxəbər verir ki, yaralıların hamısı rayon sakinləridir.

İki avtomobilin toqquşması nəticəsində 1947-ci il təvəllüdlü Püstəxanım Məmmədova, 1981-ci il təvəllüdlü Kamil Mirələmov, 2004-cü il təvəllüdlü Abidin Baloğlanov və 2002-ci il təvəllüdlü Röyal Ağaquliyev xəsarət alıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

*** 20:43

Cəlilabad rayonunda ağır yol qəzası baş verib.

Demokrat.azxəbər verir ki, hadisə rayonun Cəlilabad-Yardımlı avtomobil yolunun Şatırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, qəza zamanı "VAZ 2107" markalı minik avtomobili ilə "VAZ 21011" markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində dörd nəfər müxtəlif bədən xəsarətləri alıb.

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

D
demokrat.az