Xarici siyasət

Ərdoğandan Ər-Riyaddakı insidentlə bağlı mühüm AÇIQLAMA

Ərdoğandan Ər-Riyaddakı insidentlə bağlı mühüm AÇIQLAMA

Biz Türkiyə idmanlarının mübahisələrlə deyil, nailiyyətlərlə gündəmə gəlməsini istəyirik. İdmanın gündəlik siyasətin alətinə çevrilməsi yanlışdır.

Demokrat.azxəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün “Qalatasaray”-“Fənərbağça” matçınının ləğvi və bunun fonunda yaşanan müzakirələrlə bağlı açıqlamasında deyib.

Dövlət başçısı müxalif kəsimin bu olaydan sui-istifadə etdiyini vurğulayıb.

“Dünənki hadisənin məcrasından çıxarılaraq şou və provokasiya vasitəsi edilməsinə icazə vermərik. Bu məsələdə lazımi addımı atmaqdan çəkinməyəcəyik. İdman camiəsinə keçmiş olsun deyirəm”, - deyə Ərdoğan bildirib.

Qeyd edək ki, dünən Ər-Riyadda keçirilməsi nəzərdə tutulan "Qalatasaray"-"Fənərbağça" final matçı Atatürkün pankartına və İstiqlal marşının oxunmasına qoyulan qadağaya görə ləğv edilib. (Axar.az)

D
demokrat.az