Rusiyanın Belqorod şəhərinə edilən hücum nəticəsində 14 nəfərin ölüb, 108 nəfər yaralanıb.
Demokrat.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Ukrayna ordusu tərəfindən Belqorod şəhərinə hücum edilib.
Həmçinin, hücumun iki çoxluq tərkibli “Olha” raketi və Çexiya istehsalı olan “Vampir” raketləri ilə həyata keçirildiyi bildirilib.
Nəticədə 2-si uşaq olmaqla 14 nəfər ölüb, 108 nəfər yaralanıb.
Hücum nəticəsində ticarət mərkəzi, universitet və yaşayış yerləri də daxil olmaqla 40-a yaxın binanın zərər gördüyü bildirilib.
Aysu Demokrat.az


